Ulu Öndər Heydər Əliyevin 31 mart soyqırımına verdiyi siyasi qiymət-“Azərbaycanlıların soyqırımı haqqında” Fərman
vergixeber 1-04-2026, 12:58 2 ---
26 mart 1998-ci il tarixdə Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanmış “Azərbaycanlıların soyqırımı haqqında” Fərman erməni millətçilərinin törətdiyi ağır cinayətlərə dövlət səviyyəsində verilmiş hərtərəfli hüquqi və siyasi qiymət idi. Bu mühüm sənədin qəbulundan sonra ölkəmizdə soyqırım ilə bağlı tədqiqatlar genişləndirildi, yeni faktlar üzə çıxarıldı və beynəlxalq ictimaiyyətə təqdim olundu. Xüsusilə Quba bölgəsində aşkarlanmış kütləvi məzarlıqlar həmin hadisələrin miqyasını bir daha sübut edən faktlardan biri oldu. “Azərbaycanlıların soyqırımı haqqında” Fərman xalqımızın tarixi yaddaşının qorunması, milli birliyin möhkəmləndirilməsi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından böyük əhəmiyyət daşıyır. Bu fərman sayəsində xalqımıza qarşı törədilmiş soyqırımı hadisələrinə obyektiv qiymət verilmiş, tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addım atılmışdır. Bu gün də həmin siyasət Azərbaycan dövləti tərəfindən ardıcıl şəkildə davam etdirilir və xalqımızın tarixi yaddaşı qorunaraq gələcək nəsillərə ötürülür.







