Əminəm ki, səfər ölkələrimiz arasında ikitərəfli münasibətləri gücləndirəcək, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaradacaq
vergixeber Bu gün, 13:50 1 ---
Latviya Respublikası Azərbaycanın müstəqilliyini 1992-ci ildə tanıyıb. 1994-cü ildə iki ölkə arasında diplomatik münasibətlər qurulub. 2005-ci ildə Azərbaycanın Baltikyanı ölkələrdə ilk səfirliyi Latviyada fəaliyyətə başlayıb. 2006-cı ildə isə Latviyanın Azərbaycandakı səfirliyi isə fəaliyyətə başlayıb.
Latviya ilə Azərbaycan arasında yüksək səviyyədə əlaqələr mövcuddur. Azərbaycan Latviya ilə əməkdaşlığa həm də regional təşkilatlar, o cümlədən Baltik Dənizi Dövlətlərinin Şurası çərçivəsində xüsusi əhəmiyyət verir. Bu əməkdaşlıq, Baltik-Qara Dəniz-Xəzər hövzəsi regionunda inteqrasiya proseslərinin intensivləşdirilməsi üçün vacibdir. Latviya Azərbaycanı Avropanın enerji resursları ilə təchizatında Qara dəniz-Xəzər regionunun əsas ölkəsi hesab edir. Latviya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll edilməsinin tərəfdarı kimi tanınıb.
Azərbaycan-Latviya arasında qarşılıqlı ticarət dövriyyəsi üzrə göstəricilər yüksək olmasa da, bu sahədə tədricən irəliləyiş əldə olunur. Latviyada 30-a yaxın Azərbaycan-Latviya birgə müəssisəsi fəaliyyət göstərir.
İqtisadi, ticari münasibətləri, eyni zamanda təhsil, mədəniyyət və digər məsələləri özündə ehtiva edən, tənzimləyən bir sıra sənədlərin qəbulu baş verib. Bu gün Azərbaycan-Latviya münasibətləri ən yüksək səviyyədə inkişaf etməkdədir. Eyni zamanda, Azərbaycan-Latviya Hökumətlərarası Komissiya fəaliyyət göstərir ki, bu komissiyanın da mütəmadi olaraq iclasları keçirilir və iki ölkə arasında iqtisadi, ticari və digər sahələr üzrə münasibətlərin inkişafı ilə bağlı müvafiq qərarlar qəbul edilir.







