Bu sülh təkcə iki ölkə üçün deyil, daha geniş region üçün də böyük əhəmiyyət kəsb edir

İlham Əliyev: "Zayed İnsan Qardaşlığı Mükafatı"nı almaq böyük şərəfdir

Dünyanın getdikcə parçalanmış vəziyyətə düşdüyü bir vaxtda belə siyasətin müstəsna mənəvi və siyasi əhəmiyyəti var. Sülh sazişi istiqamətində Azərbaycanın və Ermənistanın əldə etdiyi irəliləyiş tarixi əhəmiyyətə malik dönüş nöqtəsidir. Bu, hətta uzunmüddətli münaqişələrin dialoq, məsuliyyət və təmkinlik vasitəsilə həll oluna biləcəyini nümayiş etdirir.


Qafqazda davamlı sülhün bərqərar olması üçün üzərimizə nə düşürsə etməyə, ədalətə əsaslanan dostluq körpülərinin qurulmasında fəal şəkildə çalışmağa, inşallah, davam edəcəyik.


Dünyanın getdikcə parçalanmış vəziyyətə düşdüyü bir vaxtda belə siyasətin müstəsna mənəvi və siyasi əhəmiyyəti var. Sülh sazişi istiqamətində Azərbaycanın və Ermənistanın əldə etdiyi irəliləyiş tarixi əhəmiyyətə malik dönüş nöqtəsidir. Bu, hətta uzunmüddətli münaqişələrin dialoq, məsuliyyət və təmkinlik vasitəsilə həll oluna biləcəyini nümayiş etdirir.


Bu prinsiplər konkret siyasi nəticələrdə öz aydın əksini tapır. Azərbaycan ilə Ermənistan arasında sülh və əməkdaşlıq bu mirasa yeni məzmun qatır, onun regionun hüdudlarından çox uzaqda olan aktuallığını nümayiş etdirir. Bu, həmçinin beynəlxalq münasibətlərin səmərəli aləti kimi diplomatiyaya etimadı gücləndirib.


Dünyada gələcəyi zorla deyil, anlaşma ilə yaratmaq, sabahı ədavətlə deyil, şəfqət və mərhəmətlə qarşılamaq, yanında olan insan məxluqunu mövcudluqda rəqib deyil, düzgünlük naminə ömür yoldaşı kimi görmək zəruridir.


 

0

Şərh yaz