SEPAH açıqladı: Ancaq bu ölkələr Hörmüz boğazından neft daşıya bilər
vergixeber 10-03-2026, 11:25 1 Dünya
SEPAH İsrail və ABŞ səfirlərini öz ərazilərindən qovacaq ölkələrə Hörmüz boğazından keçməsinə icazə verəcək.
İSNA xəbər verir ki, bu barədə SEPAH-ın bəyanatda deyilir:
"İsrail və ABŞ səfirlərini öz ərazisindən qovan istənilən ərəb və ya Avropa ölkəsi Hörmüz boğazından tam səlahiyyətə və keçid azadlığına malik olacaq".
Qeyd edək ki, martın 3-də SEPAH Baş Komandanının müşaviri, briqada generalı İbrahim Cabbari Hörmüz boğazını nəqliyyatın hərəkəti üçün bağladıqlarını və oradan keçməyə çalışan bütün gəmilərə hücum edəcəklərini açıqlayıb.







