Çindən tarixi addım: 53 ölkə ilə bütün məhsullara gömrük tariflərı ləğv edildi
vergixeber 10-03-2026, 11:33 0 Dünya
Çin Afrika mallarına tətbiq edilən tarifləri ləğv etmək qərarına gəlib.
Bu barədə Çinin xarici işlər naziri Vanq Yi bildirib.
Onun sözlərinə görə, dəyişən beynəlxalq şəraitlə sınaqdan keçirilmiş Çin-Afrika dostluğu güclü həyat qabiliyyəti nümayiş etdirir.
Qəbul edilən qərara əsasən Çinin diplomatik münasibətləri olan 53 Afrika ölkəsinin hamısının məhsullarına artıq sıfır tarif tətbiq olunacaq.
Qaydalar 2026-cı il mayın 1-dən qüvvəyə minəcək.
Vanq bildirib ki, 1 maydan etibarən Afrikadan idxal edilən bütün məhsullara gömrük rüsumları ləğv ediləcək və sıfır tarif tətbiq olunacaq.





