Dünya mediası yazdı: Tramp müharibəni uduzdu
vergixeber 10-04-2026, 09:45 1 DünyaNüfuzlu The Economist jurnalının yeni üz qabığında ABŞ prezidenti Donald Trump İran və İsrail ətrafında baş verən son qarşıdurmalar fonunda “bu müharibənin əsas uduzanı” kimi təqdim olunub.
Nəşr hesab edir: regional eskalasiya Vaşinqtonun gözlədiyi nəticələri verməyib və ABŞ-ın təsir imkanları əvvəlki kimi güclü görünmür. Analitiklərə görə, proseslər Tramp administrasiyasının strateji planlarının tam reallaşmadığını göstərir.
Digər dünya medialarının yanaşmasına əsasən, münaqişə zamanı yaranan yeni balans ABŞ-nin deyil, digər regional güclərin mövqeyini daha da gücləndirib. Bu isə Vaşinqtonun həm diplomatik, həm də siyasi nüfuzuna zərbə kimi qiymətləndirilir.





