Brüssel: Bakıdan təklif olarsa, nəzərdən keçirəcəyik
vergixeber Bu gün, 10:29 0 Dünya
Azərbaycanla enerji əlaqələrinin gücləndirilməsi vacibdir
Azərbaycanla enerji və ticarət kimi qarşılıqlı maraq doğuran məsələlərdə daha çox çalışmalı və əlaqələrimizi gücləndirməliyik.
Bunu Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Kaja Kallas Brüssel-Bakı münasibətlərini şərh edərkən deyib.
"Enerji və ticarət kimi qarşılıqlı maraq doğuran məsələlərdə daha çox çalışmalı və əlaqələrimizi gücləndirməliyik. Azərbaycan Avropa İttifaqı ölkələri üçün çox etibarlı enerji tərəfdaşıdır. Əlbəttə ki, biz dünyanın müxtəlif ölkələrinə mina təmizləmə işlərində kömək edirik. Buna görə də, əgər sorğu daxil olarsa, biz başqa nə edə biləcəyimizi də nəzərdən keçirəcəyik, amma hələlik bu məsələ ilə bağlı qərar verməmişik", - deyə o qeyd edib.






