Makron: Fransa qoşunlarını Qrelandiyaya göndərməyə başlayıb

Makron: Fransa qoşunlarını Qrelandiyaya göndərməyə başlayıb
 
Fransa qoşunlarını Qrenlandiyaya yerləşdirməyə və Danimark tərəfindən təşkil edilən Qrenlandiyada keçiriləcək birgə NATO təlimlərində iştirak etməyə hazırdır.
 
Bunu Fransa Prezidenti Emanuel Makron deyib.
Makron deyib ki, artıq ilk  hərbi bölmələr  Qrelandiyaya  göndərilib. 
 
“Qrelandiyada keçiriləcək  əməliyyat "Arktika Dözümlülüyü" adlandırılıb və ilk fransız bölmələri artıq əraziyə yola düşüb”, - o qeyd edib.
 
Makron bildirib ki, Fransanın iştirakı NATO müttəfiqləri ilə əməkdaşlığı gücləndirmək və Arktika bölgəsində təhlükəsizliyi təmin etmək məqsədi daşıyır.

0

Şərh yaz