“Simpsonlar”dan şokedici PROQNOZ: Fevralda dünyada 72 saat işıq kəsiləcək

“Simpsonlar”dan şokedici PROQNOZ: Fevralda dünyada 72 saat  işıq kəsiləcək
 
35 ildən artıqdır yayımlanan “The Simpsons” (Simpsonlar) cizgi filmi  növbəti proqnozları ilə dünyanaı şoka salıb.
 
2026-cı ilə qədəm qoyduğumuz zaman qlobal hadisələrlə bağlı dəqiq proqnozları ilə tez-tez xəbər başlıqlarına çıxan  1989-cu ildəm bəri yayımlanan "Simpsonlar" cizgi serialının bir çox proqnozlarının gerçəkləşdiyi iddiası sosial mediada ciddi rezonansa  səbəb olub.
Ölkə.az xəbər  verir ki,  "Simpsonlar" serialındakı proqnozlar bir vaxtlar "zarafat" hesab edilib, lakin zaman keçdikcə ssenarilərin bir-bir gerçəkləşməsi  bu serialda verilən mesajları ciddiyə almağa başlayıb. 
 
“Sampsonlar”ın Donald Trampın 15 il öncədən prezident olacağı və yürüdəcəyi siyasətlə bağlı mesajlar verib. Bundan əlavə serialda, kosmik turizm, süni intellekt müzakirələri, iqlim böhranı, pandemiyaya bənzər epidemiyanın yayılması, iqtisadi  böhranlarla bağlı əvvəlcədən verdiyi  proqnozlar da özünü doğruldub.
 
Bu səbəbdən də serialın  2026-cı illə bağlı proqnozları ilə sosial mediada ciddi  müzakirələrə yol açıb və hazırda dünya gündəminin əsas mövzuları arasındadır.
Sosial mediada yayılan təhlillərə görə, ənənəvi valyutaların 2026-cı ilə qədər gücünü itirəcəyi və tamamilə rəqəmsal əsaslı maliyyə sisteminə keçidin sürətlənəcəyi proqnozlaşdırılır.
Əslində, bəzi epizodlarda dolların tamamilə dəyərini itirdiyi səhnələr yer alır və bu da qlobal iqtisadi sıfırlanma iddialarını gücləndirir.
 
Son zamanlar “Simpsonlar” serialının 9 fevral 2026-cı ildə 72 saatlıq qlobal elektrik kəsintisini proqnozlaşdırdığı iddiaları sosial media platformalarında trend mövzusuna çevrilib. Tez bir zamanda viral hala gəlın bu prqonoz  insanlaırn ciddi narahatlığına  da səbəb olub.
 
Sosial mediada gedən bu müzakirələr fonunda  9 fevral 2026-cı ildə qlobal elektrik kəsintisi ilə bağlı enerji agentlikləri, hökumət rəsmiləri və ya elmi təşkilatlar tərəfindən heç bir açıqlama verilməyib. Mütəxəssislər qeyd edirlər ki, müəyyən bir tarixi göstərən bu cür iddialar adətən dezinformasiya kampaniyasının bir hissəsidir.
 
“Bart to the Future” ("Bartın gələcəyə doğru") epizodunda virtual reallıq dünyası sadəcə bir təhsil vasitəsi deyil, həm də bütün dünyanı formalaşdırır. Epizodda Bartın texnologiyadan təcrid olunması bu gün uşaqlar və gənclər arasında rəqəmsal yorğunluqla bağlı artan müzakirələri birbaşa əks etdirir.
 
Bu gün ChatGpt, Gemini və Grok kimi süni intellektin tez-tez istifadəsi bu peyğəmbərliyin gerçəkləşmə ehtimalını gücləndirir.
"Marge in Chains" adlı epizodda Afrikadan yayılan yeni bir epidemiya bütün dünyada çaxnaşmaya səbəb olur. 
 
“Homer the Heretic” epizodunda təsvir edilən tez-tez baş verən hava hadisələri və quraqlıqlar bu gün dünyanın üzləşdiyi iqlim mənzərəsi ilə heyrətamiz bir paralellik göstərir.
Bəzi sosial media istifadəçiləri cizgi serialının gələcəyi bildiyinə və proqnozlar verdiyinə inansa da, digərləri onun o qədər də dəqiq ola bilməyəcəyini bildirirlər.

0

Şərh yaz