İran 800 etirazçının edamını ləğv edib - Ağ Evdən AÇIQLAMA
vergixeber 16-01-2026, 09:31 0 Dünya
ABŞ prezidenti Donald Trampın təzyiqi səbəbindən İran 800 etirazçının edamını ləğv edib.
Bunu Ağ Evin mətbuat katibi Kerolin Levit jurnalistlərə bildirib.
O qeyd edib ki, Trampın İrana qarşı potensial tədbirləri "masada qalır". Mətbuat katibi əlavə edib ki, Amerika prezidenti nümayişçilərin öldürülməsi davam edərsə, Tehranın ciddi nəticələrlə üzləşəcəyi barədə xəbərdarlıq edib.






