Tehrandan Ağ Evə cavab: Heç bir danışıq olmayacaq
vergixeber Bu gün, 09:25 0 Dünya
İran ABŞ ilə danışıqlar aparmaqdan imtina edir.
Bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani özünün Telegram kanalında yazıb: "Biz ABŞ ilə danışıqlar aparmayacağıq".
Bundan əvvəl "The Wall Street Journal" qəzeti yazıb ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ABŞ-a İranın nüvə məsələsi ilə bağlı danışıqları bərpa etməyi təklif edib.
Qeyd olunub ki, təklif rəsmi Tehrana qarşı Amerika-İsrail hərbi əməliyyatının başlamasından sonra danışıqlarda vasitəçi kimi çıxış edən Oman vasitəsilə çatdırılıb.





