Kürdəxanıda avtomobil piyadanı vurub öldürdü
vergixeber 6-04-2026, 09:26 1 Hadisə
Paytaxtın Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“ Zabrat-Kürdəxanı yolunda T.Ələkbərovun idarə etdiyi “Ford Transit” markalı avtomobil piyadanı vurub.
Nəticədə ağır xəsarətlər alan Zülfi Heybət oğlu Kərimov hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.






