Şirvanda əməliyyat - Bir nəfər həbs edildi

 
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər də eyni əmələ görə məhkum olunmuş Ruslan Əliyev saxlanılıb.
 
Ondan 8 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkarlanaraq götürülüb. 
 
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

0

Şərh yaz