3-cü Mikrorayon Dairəsi – Xocəsəndə bəzi kafelərlə bağlı vergi və əmək qanunvericiliyi ilə bağlı iddialar araşdırılmalıdır


 

3-cü mikrorayon dairəsi kimi tanınan ərazidə fəaliyyət göstərən bəzi ictimai iaşə obyektləri ilə bağlı ciddi iddialar və narahatlıqlar gündəmə gəlib.

Məlumata görə, həmin ərazidə fəaliyyət göstərən bəzi kafelərdə müştərilərdən ödəniş zamanı nağdsız terminaldan istifadə edilmədən, “kartdan karta” köçürmə üsulu ilə ödəniş tələb olunduğu iddia edilir. Bu halın isə vergi uçotundan yayınma riskləri yaratdığı bildirilir.

Eyni zamanda, bəzi obyektlərdə çalışan işçilərlə bağlı rəsmi əmək müqavilələrinin bağlanmadığı və əmək münasibətlərinin qanunvericiliyə uyğun rəsmiləşdirilmədiyi barədə də şikayətlər mövcuddur.

İctimai iaşə sektorunda şəffaflığın təmin olunması, vergi intizamına əməl edilməsi və işçilərin hüquqlarının qorunması hər bir sahibkarlıq subyekti üçün əsas tələblərdən biridir.

Mövzu ilə bağlı aidiyyəti dövlət qurumlarının araşdırma aparması və qanunvericiliyin tələblərinin yerinə yetirilməsi istiqamətində nəzarətin gücləndirilməsi vacib hesab olunur.

0

Şərh yaz