Bakıdan Kürdəmirə rəmzi qatar yola salındı

Bakıdan Kürdəmirə rəmzi qatar yola salındı
 
 
Bu gün "Azərbaycan Dəmir Yolları" QSC-nin Bakı Dəmiryol Vağzalından Kürdəmir stansiyasına rəmzi qatar yola düşüb.
 
Bu, Azərbaycanın bölgələrinə hərəkət edən sərnişin qatarlarının növbəti dayanacağıdır.
 
Bakıdan Kürdəmirə qatar 3 saat 11 dəqiqəyə çatacaq.
 
Qeyd edək ki, aprelin 18-dən Kürdəmir dəmiryol stansiyası sərnişinlərin istifadəsinə veriləcək.
 
Bakı-Qazax-Bakı, Bakı-Balakən-Bakı, Bakı-Ağdam-Bakı, eləcə də həftəsonları və bayram günləri təyin olunan Bakı-Ağstafa-Bakı reysləri üzrə qatarlar Kürdəmir stansiyasında dayanacaq.
 
Bilet satışı bu gündən başlayır.

0

Şərh yaz