SON DƏQİQƏ! Xəzərdə ZƏLZƏLƏ OLDU
vergixeber 10-06-2026, 09:56 2 Hadisə
Xəzər dənizində 3,1 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilib ki, zəlzələ yerli vaxtla 08:55-də baş verib.
Zəlzələ ocağı 18 kilometr dərinlikdə yerləşib.







