Ötən gün 158 nəfər tutulub - 144-ü borca görə

Ötən gün 158 nəfər tutulub - 144-ü borca görə
 
İyunun 25-də ölkə ərazisində qeydə alınan 58, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
 
DİN-in Mətbuat Xidmətindən  verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 158, o cümlədən borclu şəxs qismində axtarışda olan 144 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb.

0

Şərh yaz