Azərbaycan xalqı Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir
vergixeber 26-02-2026, 09:52 0 HadisəAzərbaycan xalqı Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir.
Fevralın 26-da səhər saatlarından etibarən "Ana harayı" abidəsini ziyarət edən vətəndaşlar abidə önünə tər qərənfillər düzərək faciə qurbanlarına ehtiramlarını bildirirlər.
Ziyarətçilər arasında dövlət və hökumət nümayəndələri, eləcə də ictimai-siyasi xadimlər də var.







