43 yaşlı həkim başqa bir həkimin səhvi ucbatından ölüb? - FOTO

43 yaşlı həkim başqa bir həkimin səhvi ucbatından ölüb? - FOTO
 
Azərbaycanda həkim ölüb.
 
 Xəzər Tibb Mərkəzinin həkimi, neonatoloq Gülnarə Əkbərova vəfat edib.
 
O, fevral ayının 25-dən 26-a keçən gecə dünyasını dəyişib.
 
G.Əkbərovanın xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Yaxınları onun həkim səhvi ucabtından öldüyünü iddia edib.
 
Allah rəhmət eləsin!
 
Qeyd edək ki, iddialarla bağlı TƏBİB-ə sorğu ünvanlanıb.
 
Xatırladaq ki, Gülnarə Əkbərova 1983-cü ilə Bakıda anadan olub. O, 2012-ci ildən Xəzər Tibb Mərkəzində Dogum və ginekologiya şöbəsində həkim neonatoloq vəzifəsində çalışıb.
 

0

Şərh yaz