UEFA Çempionlar Liqası: "Qarabağ" bu gün "Ayntraxt"la üz-üzə gələcək
vergixeber 21-01-2026, 09:27 4 Idman
"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda bu gün Almaniyanın "Ayntraxt" (Frankfurt) klubu ilə üz-üzə gələcək.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:45-də start götürəcək.
Qarşılaşmanın baş hakimi isveçrəli Sandro Şerer olacaq.
Xatırladaq ki, Azərbaycan çempionu hazırda 7 xalla 25-ci pillədə qərarlaşıb. Frankfurt təmsilçisi isə 4 xalla 33-cü sıradadır.






