Yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək

Yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
 
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan daha bir yarış baş tutacaq.
 
“ 2–3 may tarixlərində Bakıda, Dənizkənarı Bulvar ərazisində yelkən idmanı üzrə “Prezident Kuboku” təşkil olunacaq.
 
Turnirdə Azərbaycan Su İdman Növləri Federasiyası ilə yanaşı “Xəzər” Yelkənli Qayıqlar İdman Klubundan ümumilikdə 30-dan çox idmançı mübarizə aparacaq. Yarış iki kateqoriyada  - yeniyetmələr Optimist, gənclər isə İLCA4 sinfi üzrə keçiriləcək.  Qaliblər diplom və medallarla mükafatlandırılacaqlar. 
 
“Prezident Kuboku Bakı bulvarında, “Yaxt Klub”un yaxınlığında keçiriləcək. Yarışları izləmək üçün hər kəs dəvətlidir.

0

Şərh yaz