Evdən işləmək maaşa təsir edir?
vergixeber 23-01-2026, 10:22 0 SosialDövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev bildirib ki, məsafədən işləyən əməkçilərin əməkhaqqının hesablanması üçün xüsusi qayda yoxdur.
Milli.Az xəbər verir ki, bu barədə o, qurumun 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib.
O vurğulayıb ki, əməkhaqqının verilməsi ümumi qanunvericilik çərçivəsində həyata keçirilir və işin məsafədən təşkil olunması bu prosesə təsir etmir.







