Bakı–Tbilisi qatarlarında bu şəxslər üçün xüsusi şərait yaradıldı
vergixeber 21-05-2026, 13:21 0 Sosial
Bakı–Tbilisi qatarlarında hərəkət məhdudiyyətli şəxslər üçün xüsusi şərait yaradılıb.
Bu barədə Azərbaycan Dəmir Yolları QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə vaqonlarda hərəkət məhdudiyyətli sərnişinlər üçün xüsusi kupələr ayrılıb və onların rahat şəkildə qatara minib-düşməsi üçün əlavə texniki imkanlar təmin edilib:
"Yeni qatarlar inklüzivlik prinsipləri nəzərə alınaraq formalaşdırılıb və bütün sərnişinlərin rahat səyahəti üçün uyğunlaşdırılıb", - deyə o qeyd edib.








