Hamı onlardan danışır - FOTOLAR
vergixeber Bu gün, 12:11 0 Təhsil
Xəbər verdiyimiz kimi, martın 15-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. İmtahanda iştirakı nəzərdə tutulan 58 144 nəfərdən 379-u imtahana gəlməyib. Qaydaları pozduğuna görə isə 10 nəfər imtahandan xaric edilib.
İştirakçılar arasında 9 nəfər maksimum nəticə – 300 bal toplayıb. Həmin abituriyentlər bunlardır:
Zərbəliyeva Zəhra — Bakı şəhəri, 18 saylı orta məktəb
Həsənli Bəxtiyar — Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü lisey
Tağızadə Samir — Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziya
Qayıbova Emiliya — Qusar rayonu, Yuxarı Zeyxur kənd orta məktəbi
Məcidli Burlaxatun — Mingəçevir şəhəri, Təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü lisey
Vəlizadə Rafiq — Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü lisey
Əsgərov Əli — Sumqayıt şəhəri, 17 saylı orta məktəb
Məmmədli Nəslihan — Bakı şəhəri, Humanitar fənlər təmayüllü məktəb-lisey
Xammədova Zəhra — Bakı şəhəri, Humanitar fənlər təmayüllü məktəb-lisey






