Avropa İttifaqı Gürcüstanı hədələdi

Avropa İttifaqı Gürcüstanı hədələdi
 
Ümumi fikir belədir ki, Gürcüstanda müxalifətə qarşı hərəkətlər edənlərə qarşı sanksiyaları müzakirə edərkən 26 ölkə bizi dəstəklədi, yalnız bir ölkə isə buna qarşı çıxıb. 
 
Bunu Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Kaja Kallas deyib.
 
Avropalı diplomat deyib ki, Gürcüstan hökumətinə seçdiyi istiqamətin Avropanın təmsil etdiyi dəyərlərlə uyğun gəlmədiyinə dair aydın siqnallar göndərməliyik. “Yeni hökumətlər danışıqlar masasına toplaşanda sanksiyalar məsələsinə qayıdacağıq”, - o qeyd edib.

0

Şərh yaz