UEFA Çempionlar Liqası: "Qarabağ" bu gün Bakıda "Nyukasl"la qarşılaşacaq

UEFA Çempionlar Liqası: "Qarabağ" bu gün Bakıda "Nyukasl"la qarşılaşacaq
 
"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununu bu gün keçirəcək.
 
Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv İngiltərənin "Nyukasl" klubu ilə qarşılaşacaq.
 
Oyun Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.
 
Matçın baş hakimi norveçli Espen Eskos olacaq.
 
Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da İngiltərədə baş tutacaq.

0

Şərh yaz